Vladivostokda keçirilən brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Bakının Ermənistana mümkün təcavüzü halında Ermənistan tərəfinə yardım göstərilməsi məsələsindən danışıb.
"Bunun baş verməməsi üçün Rusiya sülhməramlıları nizamlanma zonasındadır və Rusiya tərəfləri imzalanmış sənədlərin müddəalarına əməl etməyə çağıraraq vasitəçi rolunu oynayır", - Zaxarova qeyd edib.