Azərbaycan Ermənistanın sülh müqaviləsi ilə bağlı son təkliflərinə hələ cavab verməyib. Parlamentin Xarici Əlaqələr Komitəsinin sədri Sargis Xandanyan qeyd edib ki, Dağlıq Qarabağda davam edən humanitar böhran və Azərbaycanın təcavüzkar siyasəti danışıqlara mənfi təsir göstərsə də, bu o demək deyil ki, Ermənistan problemləri sülh yolu ilə həll etmək və sülh sazişi imzalamaq məqsədindən geri çəkilməlidir, ona görə də istənilən vaxt danışıqlar masasına qayıtmağa hazırdır.
Xandanyan Rusiyanın Ağdam yolu ilə göndərdiyi humanitar yüklərin Dağlıq Qarabağa daxil olmasına da toxunub.
“Ermənistanın mövqeyi bundan ibarətdir ki, Laçın dəhlizi, noyabrın 9-da imzalanmış bəyanata və Beynəlxalq Ədalət Məhkəməsinin qərarına əsasən, hansı yolların, nə vaxt və nə formada açılacağından asılı olmayaraq, bütün növ ikitərəfli daşımalar üçün dərhal açılmalıdır.
Başqa yollarla bağlı fikir bildirmək istəməzdim, çünki buna DQ hökuməti və xalqı qərar verir”.