Ermənistan və Azərbaycan arasında etimadın olmaması fundamental problemdir və sülh prosesində hər hansı mənalı nəticə əldə etmək üçün həll edilməlidir. Bu barədə ER-nin xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan özünün X (keçmiş Twitter) mikrobloqunda yazıb.
O qeyd edib ki, Azərbaycan öz həbsxanalarında hərbi əsirləri və digər mülki şəxsləri saxlamağa davam edib, Ermənistan ərazisindən və Laçin dəhlizindən yeni girovları qaçırıb, qoşunlarını Ermənistanın suveren ərazilərindən çıxarmayıb, mütəmadi olaraq ona hücum edib, getdikcə daha çox insanı öldürüb və yaralayıb, kommunikasiyaları bağlayaraq, dövlət sərhədinin demarkasiyası prosesini torpedalayır, Dağlıq Qarabağın 120 min sakinini mühasirəyə alır, Bakı ilə Stepanakert arasında beynəlxalq mexanizmlər çərçivəsində danışıqları rədd edir.
“Bütün bunlar sülh prosesinə, eləcə də ona sərmayə qoyan bütün vasitəçilərin səylərinə xələl gətirdi və pozmaqda davam edir. İndi bütün bunların üzərinə Azərbaycan öz qoşunlarını Dağlıq Qarabağ və Ermənistanın suveren ərazisi arasındakı təmas xətti boyunca cəmləşdirib və bütün dövlət təbliğatını müharibə nitqinə yönəldərək, kövrək regional sülhü təhdid edib”,-
Sülh prosesini məqbul mərhələyə qaytarmaq üçün beynəlxalq ictimaiyyət və vasitəçilər Ermənistanın etimad quruculuğu addımlarına cavab olaraq Azərbaycandan adekvat addımlar atmasını tələb etməlidir. Bunun nəticəsində Azərbaycan Dağlıq Qarabağın blokadasını dayandırmalı, beynəlxalq mexanizm çərçivəsində Dağlıq Qarabağın nümayəndələri ilə danışıqlara başlamalı, silahlı qüvvələrini Ermənistanın suveren ərazisindən çıxarmalı, bütün hərbi əsirləri və digər həbs olunmuş şəxsləri azad etməlidir. 1975-ci ilin xəritəsi əsasında delimitasiya və demarkasiya prosesinə başlamalı,tərəflərin suverenliyinə və milli qanunlarına əsaslanaraq bütün nəqliyyat kommunikasiyalarını açmalıdır”,- o bildirdi.