Sentyabrın 1-6-da ER parlamentinin müdafiə və təhlükəsizlik üzrə daimi komissiyasının sədr müavini Armen Xaçatryan KTMT-yə üzv dövlətlərin parlamentlərinin müdafiə və təhlükəsizlik komitələri sədrlərinin iclasında və KTMT-nin “Döyüş Qardaşlığı-2023” adlı təlimində (ER silahlı qüvvələri təlimdə iştirak etməyib) iştirak edib.
A.Xaçatryan öz çıxışında əsas əhəmiyyət kəsb edən aşağıdakı məsələləri təqdim etdi:
-
Azərbaycan tərəfindən Laçın dəhlizinin qanunsuz blokadaya alınması nəticəsində DQ-da yaranan humanitar böhran,
-
Azərbaycanın növbəti aqressiv hərəkətləri üçün zəmin hazırlayan və beynəlxalq ictimaiyyətin diqqətini Artsaxda yaradılmış humanitar böhrandan yayındıran dezinformasiyanın yayılması,
-
Ermənistan-Azərbaycan sərhədində və Dağlıq Qarabağda atəşkəs rejiminin mütəmadi olaraq pozulması, mülki infrastruktur obyektlərinin və mülki əhalinin hədəfə alınması və biçin işlərinə mane olması,
-
Ermənistan Respublikasının Dağlıq Qarabağa beynəlxalq faktaraşdırıcı missiya göndərilməsi təklifi və Azərbaycanın davam edən destruktiv hərəkətləri,
-
Azərbaycanın 30 illik fasilədən sonra fəaliyyətə başlamış Kapan hava limanına qarşı dinc əhalinin həyatını və sabitliyini təhdid edən terror xarakterli hərəkətləri,
-
Sentyabrın 1-də Azərbaycan silahlı qüvvələrinin bölmələrinin Geğarkunik rayonunun Sotk və Norabak kəndləri yaxınlığında yerləşən erməni mövqelərinə qarşı kütləvi hücumu nəticəsində Ermənistan tərəfində itkilər olub.
Ermənistan həmişə öz beynəlxalq öhdəliklərinin yerinə yetirilməsinə, xüsusən də müttəfiq sayılan dövlətlərə qarşı sadiq olub və qalır.