Avropa İttifaqının Ermənistandakı Monitorinq Missiyası İcevanda yeni əməliyyat bazasını açıb.
Bu barədə Aİ-nin Monitorinq Missiyasının "Twitter" hesabında məlumat verilib.
Açılış mərasimində Missiyanın rəhbəri Markus Ritter, Aİ-nin Ermənistandakı səfiri Vassilis Maragos, müdafiə nazirinin müavini Karen Sargsyan və Tavuş vilayətinin qubernatoru Hayk Qalumyan iştirak edib.