Sentyabrın 12-də ER parlamentinin xarici əlaqələr üzrə daimi komissiyasının sədri Sargis Xandanyan Fransa Respublikasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Olivye D'Kotinini qəbul edib.
Görüş zamanı Xandanyan Ermənistan-Fransa əməkdaşlığını, dost Fransanın ölkəmizə və xalqımıza davamlı dəstəyini yüksək qiymətləndirib.
Səfir isə səmimi qəbula görə təşəkkür edib, birgə səmərəli fəaliyyət göstərəcəklərinə əminliyini bildirib.
Parlamentlərarası əlaqələrin inkişafı, beynəlxalq platformalarda qarşılıqlı fəaliyyətin dərinləşməsinin əhəmiyyəti vurğulanıb.
Görüşdə bir sıra gündəlik və sektor məsələləri müzakirə olunub.