Aİ diplomatiyasının rəhbəri Cozep Borrel Avropa İttifaqının Dağlıq Qarabağdakı vəziyyətlə bağlı narahatlığını Bakıya Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə telefon danışığı zamanı çatdırıb.
Borrel X mikrobloqunda Bayramovla telefon danışığının təfərrüatlarını açıqlayaraq yazıb:
“Mən Dağlıq Qarabağ ermənilərinin düşdüyü humanitar vəziyyətlə bağlı narahatlığımı təkrarladım. İndi Laçın dəhlizi yenidən açılmalıdır. Ağdam kimi digər yollar da həll yolu kimi açıla bilər, alternativ kimi yox”.