Dağlıq Qarabağ Müdafiə Nazirliyinin mətbuat xidməti bildirir ki, Azərbaycan Müdafiə Nazirliyi artıq məntiq həddini aşaraq növbəti təxribatı üçün informasiya zəmini hazırlamağa davam etdirir.
“Azərbaycan Müdafiə Nazirliyinin yaydığı növbəti yalan məlumatda deyilir ki, guya sentyabrın 11-də saat 08:30 radələrində Müdafiə Ordusunun bölmələri itin üzərinə uzaqdan idarə olunan əldəqayırma partlayıcı qurğu bağlayaraq Azərbaycan tərəfinə hərəkət etməyə və orada “terror aktı” törətməyə məcbur ediblər. Bu məlumat tamamilə uydurma və saxtadır”, - məlumatda bildirilir.