ABŞ Dövlət Departamentinin mətbuat xidməti dövlət katibi Entoni Blinkenin Cənubi Qafqazdakı vəziyyətlə bağlı dərin narahatlığını ifadə etdiyi bəyanatını dərc edib.
Qeyd olunur ki, ABŞ Dağlıq Qarabağda humanitar vəziyyətin sürətlə pisləşməsindən dərin narahatdır.
“Biz Dağlıq Qarabağın kişi, qadın və uşaqlarına çox ehtiyac duyulan humanitar yüklərin çatdırılmasına imkan yaratmaq üçün hər iki dəhlizin dərhal və eyni vaxtda açılmasına çağırışımızı təkrar edirik. Mübahisələrin həlli üçün gücdən istifadə yolverilməzdir.
Cənubi Qafqazda son gərginliyin artması fonunda ABŞ Ermənistan və Azərbaycanın səylərini güclü şəkildə dəstəkləməyə davam edəcək”,- bəyanatda qeyd olunur.