Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılmasına dair üçtərəfli işçi qrupunun danışıqları davam edir, lakin Ermənistanla Azərbaycan arasında vəziyyətin gərginləşməsi bu fəaliyyətə mənfi təsir göstərir.
Bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirdi.
“Təbii ki, istənilən kəskinləşmələr həmişə işimizə mənfi təsir göstərir. Bizi ləngidir və yenidən müzakirəyə qayıdana qədər vaxt gedir. Danışıqlar durmayıb, davam edir”, - o bildirib.
Rusiya Baş nazirinin müavini qeyd edib ki, Rusiya, Azərbaycan və Ermənistan Baş nazir müavinlərinin yeni iclası münbit şərait yarananda baş tutacaq.