Fransa Prezidenti Emmanuel Makron Ermənistan Baş naziri Nikol Paşinyana zəng edib.
Söhbət zamanı Laçın dəhlizinin qanunsuz bağlanması nəticəsində Dağlıq Qarabağda dərinləşən humanitar böhran, Azərbaycan qoşunlarının Dağlıq Qarabağ ətrafında cəmləşməsi, Ermənistan-Azərbaycan dövlət sərhədində gərginliyin artması tendensiyaları ilə bağlı məsələlər müzakirə edilib.
Baş nazir Paşinyan 6 oktyabr 2022-ci il tarixli Praqa və 14 may 2023-cü il tarixli Brüssel razılaşmalarına sadiqliyini və bütün məsələlərin müstəsna olaraq diplomatik yolla və konstruktiv atmosferdə həllinə sadiqliyini təsdiqləyib.
Prezident Makron sərhədlərdə gərginliyin azaldılmasının zəruri olduğunu vurğulayıb. Baş nazir Paşinyan Azərbaycan prezidenti ilə gərginliyin azaldılması istiqamətində təcili müzakirələr aparmağa hazır olduğunu bildirib.
Prezident Makron regionda sülh və sabitliyin bərqərar olması üçün səyləri dəstəkləməyə hazır olduğunu bildirib.