ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim bütün tərəfləri Dağlıq Qarabağ böhranının həlli üçün birləşməyə çağırıb.
“Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla söhbət zamanı mən Dağlıq Qarabağdakı humanitar vəziyyətdən ciddi narahatlığımızı bildirdim.
Bu gün bütün tərəflər Dağlıq Qarabağa çox ehtiyac duyulan humanitar yüklərin çatdırılması üçün dərhal və eyni vaxtda Laçın və digər marşrutların açılması üçün birgə çalışmalıdırlar”, - Yuri Kim yazıb.