ABŞ Senatının Beynəlxalq Əlaqələr Komitəsi sentyabrın 14-də “Dağlıq Qarabağ böhranının qiymətləndirilməsi” mövzusunda dinləmələr keçirəcək.
Dinləmələrə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya üzrə dövlət katibinin müavini Yuri Kim və ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş məsləhətçisi Luis Bono dəvət olunub.