KTMT üzvlərinin müttəfiqləri ilə təlimlər praktikasına riayət etməsi mövqeyindən çıxış edir
Moskva Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvlərinin müttəfiqləri ilə təlimlər praktikasına riayət etməsi mövqeyindən çıxış edir.
Bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov sentyabrın 11-dən Ermənistan ərazisində keçiriləcək Ermənistan-ABŞ birgə hərbi təlimlərini şərh edərkən deyib.
“Ermənistan KTMT-də müttəfiqdir, biz müttəfiqlik ruhunda bu ittifaqa üzv olanlarla təlimlərin keçirilməsi praktikasına riayət edilməsindən çıxış etmişik və çıxış edirik. Əlbəttə, biz buna diqqət yetirdik. Erməni müttəfiqlərimizin, Ermənistandakı müttəfiqlərimizin ən ciddi diqqətini ona yönəltdik ki, biz bunu narahatlıq kimi qəbul edirik", - deyə rusiyalı nazir müavini diplomat əlavə edib.