Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb guya ki, sentyabrın 7-də saat 12:35-dən 14:00-dək Müdafiə Ordusunun bölmələri tərəfindən ƏAskeran və Martunu rayonları ərazisində möhkəmləndirmə işləri aparılıb. Bu işlər də guya ki, Azərbaycan bölmələrinin əməliyyatları nəticəsində dayandırılıb. Müdafiə Ordusu bildirdi ki, bu məluat Azərbaycan tərəfinin növbəti dezinformasiyasıdır.
“Son vaxtlar Azərbaycan Müdafiə Nazirliyi yalan məlumatların sayını artırıb, bununla paralel olaraq şəxsi heyətin, silah-sursatın və hərbi texnikanın yerdəyişməsi və yığılması həyata keçirilir. Aydındır ki, Azərbaycan tərəfi bu cür hərəkətlərlə növbəti təxribat üçün informasiya əsası hazırlayır”, - Müdafiə ordusundan bildirilib.