Keçən həftə ərzində regionumuzda hərbi-siyasi vəziyyət xeyli gərginləşib. Səbəb odur ki, Azərbaycan günlərdir DQ təmas xəttində və Ermənistan-Azərbaycan sərhədi boyunca qoşunlar yığır.
Bu barədə ER Baş naziri Nikol Paşinyan hökümətin iclasında bildirib və qeyd edib ki, Azərbaycan mətbuatında və təbliğat platformlarında anti-erməni ritorikası daha da aktivləşib, Ermənistanın suveren ərazisinə qarşı təcavüzkar siyasət davam edir.
“Sentyabrın 1-də Azərbaycan SQ-i Ermənistanın suveren ərazisinə qarşə (Geğarkunik bölgəsinin Sotk hissəsində) növbəti təxribatı törədib və nəticədə 3 hərbçi həlak olub. Bu təxribatdan əvvəl və ardınca Azərbaycan tərəfindən Ermənistan-Azərbaycan sərhədində ER Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin pozulması ilə bağlı yalan xəbərlər yayılıb”,-Paşinyan qeyd edib.