Aİ Nazirlər Komitəsi Dağlıq Qarabağdakı humanitar vəziyyət və Laçın dəhlizi ilə bağlı bəyanat yayıb. Sənəddə xüsusi qeyd olunur:
“Avropa İttifaqı Laçın dəhlizi ilə sərbəst hərəkətin məhdudlaşdırılmasını və bunun Qarabağ erməniləri üçün ciddi humanitar və təhlükəsizlik nəticələrini böyük narahatlıqla izləyir.
Laçın dəhlizi ilə hərəkət 9 aya yaxındır ki, pozulub, iyunun 15-dən isə qeyri-müntəzəm tibbi evakuasiyalar istisna olmaqla, dəhliz demək olar ki, tamamilə bağlanıb. Nəticədə tibb ləvazimatları və zəruri mallar az olur və ya artıq tükənib, yerli əhali üçün ağır nəticələr yaranıb.
Aİ Beynəlxalq Qırmızı Xaç Komitəsinin regiondakı fəaliyyətinə mane olmasından təəssüflənir və humanitar yüklərin daşınması da daxil olmaqla, onun tam və sürətlə bərpasına çağırır”.
Bəyanatda həmçinin qeyd olunur ki, Aİ qəti şəkildə əmindir ki, Laçın dəhlizinin blokadasına əvvəlki razılaşmalara və Beynəlxalq Ədalət Məhkəməsinin qərarına uyğun olaraq son qoyulmalıdır.
“Aİ Azərbaycan və Ermənistan arasında son aylarda beynəlxalq sərhəddə artan gərginliyi diqqətlə izləyir. Biz bütün tərəfləri növbəti insidentlərdən qaçmağa və dialoqu bərpa etməyə çağırırıq”