Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan özünün X (Twitter) səhifəsində Əliyevin köməkçisi Hikmət Hacıyevin Dağlıq Qarabağın blokadası ilə bağlı açıqlamasına cavab verib.
“Əliyevin köməkçisi Hikmət Hacıyev “Arab News”a müsahibəsində bildirib ki, Laçın dəhlizi bağlanmayıb və Dağlıq Qarabağda blokada yoxdur. Bununla da Azərbaycan Laçın dəhlizinin qanunsuz bağlanması ilə bağlı beynəlxalq ictimaiyyəti aldatmaq istəyir. Lakin “Human Rights Watch”, BMT Təhlükəsizlik Şurası və BMT-nin Beynəlxalq Məhkəməsi kimi nüfuzlu beynəlxalq təşkilatlar dəhlizin bağlı olduğunu, insanların aclıqdan öldüyünü təsdiqləyib.
Axı Laçın dəhlizi bağlanmayıbsa, Əliyevin köməkçisinin iddia etdiyi kimi Dağlıq Qarabağda mühasirə və aclıq yoxdursa, o zaman Azərbaycan o müəmmalı humanitar yardımı niyə Ağdama göndərib”, - Marukyan yazıb.