Almaniya Bundestaqının insan hüquqları və humanitar yardım komitəsinin sədri Renata Alt Dağlıq Qarabağın blokadasına görə məsuliyyət daşıyanlara qarşı şəxsi sanksiyaların tətbiq edilməsini təklif edib.
“Dağlıq Qarabağda vəziyyət çox narahatedicidır və mən regionda baş verənləri diqqətlə izləyirəm”, - deyə Alt “Highpress” xəbər agentliyinin sorğusuna cavab olaraq bildirib.
O, vəziyyətin yaxşılaşdırılması üçün qərar qəbul edən şəxslər və qeyri-hökumət təşkilatları ilə müzakirələr apardığını qeyd edərək, Dağlıq Qarabağ əhalisinin insan hüquqlarının təmin olunması üçün bundan sonra da səylərini əsirgəməyəcəyini qeyd edib.
Onun sözlərinə görə, Aİ Azərbaycana ancaq cəmlənmiş güclə təsirli təzyiq göstərə bilər. Alt Avropa Şurası və Avropa Komissiyasının “blokadanın siyasi memarlarına qarşı şəxsi sanksiyalar tətbiq etmək” təşəbbüsləri ilə çıxış etməsini zəruri hesab edib.