Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Sotk istiqamətində Azərbaycan tərəfinin son təcavüzünə toxunaraq, tərəfləri gərginliyin yeni artmasına və insan tələfatına səbəb ola biləcək bu cür hərəkətlərdən çəkinməyə çağırıb.
“Bu faciəvi hadisə Ermənistanda yerləşən avropalı müşahidəçilərin işinin aşağı səmərəliliyini bir daha göstərdi. Biz Rusiyanın məsləhət dəstəyi ilə Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyası istiqamətində müntəzəm, aktiv işlərin aparılmasını, eyni zamanda etimad quruculuğu tədbirlərinin görülməsini zəruri hesab edirik”, - Zaxarova qeyd edib.
Zaxarovanın sözlərinə görə, Moskva KTMT missiyasının sərhəddə yerləşdirilməsinin tərəfdarıdır.Təşkilatın digər üzvləri bununla bağlı hazır olduqlarını bildiriblər.