Fransanın “Le Monde” qəzeti Laçin dəhlizinin bağlanmasına toxunaraq qeyd edib ki, bu, Bakının “böyük siyasi səhvi və beynəlxalq hüququn ən əsas normalarına meydan çağırışdır”.
Qeyd olunur ki, Bakı aclıq və məhrumiyyət silahından həyasızcasına istifadə edərək, Dağlıq Qarabağ ermənilərini çarəsizlikdən Azərbaycana üz tutmağa məcbur etmək istəyir.
Müəllif Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarını, Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okamponun hesabatını xatırladıb.
Məqalədə vurğulanır ki, beynəlxalq passivlik və laqeydlik çox uzun müddət davam edib. Qeyd olunur ki, Bakı başa düşməlidir ki, blokadanın saxlanması regionun qeyri-sabitliyi daha da artıracaq.