Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirdi ki, Moskva Ermənistanla konstruktiv münasibətləri qiymətləndirir, lakin Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyanın sülhməramlı missiyasının uğursuzluğu ilə bağlı dediyi sözlərlə razılaşa bilmir.
“Biz baş nazir Paşinyana dərin hörmət bəsləyirik, onunla prezident Putin arasında işgüzar və çox konstruktiv münasibətləri yüksək qiymətləndiririk və ümid edirik ki, bu münasibətlər bundan sonra da iki ölkə arasında sıx əməkdaşlığın təminatı olacaq.
Amma biz cənab Baş nazirin bu tezisləri ilə razılaşa bilmərik. Rusiya bu regionun tam tərkib hissəsidir, ona görə də heç yerə gedə bilməz. Rusiya Ermənistandan gedə bilməz”, - Peskov bildirib.