Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun işinə dərhal baxılmasına qərar verib və Azərbaycan hökumətinə suallar göndərib.
AİHM Məhkəmənin Reqlamentinin 39-cu qaydasını əsas tutaraq bu qənaətə gəlib.
AİHM-nin qərarı müdafiə tərəfin Qubad İbadoğlunun səhhətinin kəskin pisləşməsi ilə əlaqədar ev dustaqlığına keçirilməsindən imtina haqqında müraciəti əsasında qəbul edilib.
AİHM Azərbaycan hökumətindən İbadoğlunun səhhətinin qorunmasını təmin etmək üçün təxirəsalınmaz tədbirlər görməyi və bu barədə Strasburq Məhkəməsini məlumatlandırmağı tələb edib.