Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borel yaxın günlərdə Gürcüstana səfər edəcək.
Bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili məlumat verib.
Onun sözlərinə görə, səfər çərçivəsində Gürcüstanın Avropaya inteqrasiya istiqamətində gördüyü işlər, Avropa İttifaqının irəli sürdüyü təkliflərin icrası, regional təhlükəsizlik məsələləri müzakirə olunacaq.
Baş nazir bildirib ki, C.Borelin səfəri Gürcüstanın Avropa İttifaqı ilə münasibətlərinin inkişafına, ticarət əlaqələrinin genişlənməsinə, vizasız gediş-gəliş imkanlarının artırılmasına və Gürcüstanın Avropa ailəsinə üzv olmasına təkan verəcək.