Biz Ermənistan və Azərbaycan arasında razılaşmaları və dialoqu dəstəkləyirik və regionda hər hansı geosiyasi dəyişikliyi və regionda mövcud tarixi tranzit marşrutlarına qoyulan məhdudiyyətləri heç vaxt qəbul etməyəcəyik.
Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan türkiyəli həmkarı Hakan Fidanla Tehranda keçirdiyi birgə mətbuat konfransında bildirib.
“Gərginlik və münaqişə dövrünü geridə qoyaraq Qafqazda sülh və əməkdaşlıq dövrünə keçməyin vaxtıdır", - Abdullahian deyib.