Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb ki, Azərbaycan Müdafiə Nazirliyi növbəti dəfə dezinformasiya yayıb.
“Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb guya ki, sentyabrın 4-də saat 09:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri sərhəd zonasının cənub-qərb hissəsində yerləşən Azərbaycan mövqeləri istiqamətində atəş açıb. Bu məlumat reallığa uyğun gəlmir”, - bəyanatda deyilir.