Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan özünün X səhifəsində (keçmiş Twitter) Azərbaycanın yeni hücumu barədə yazıb.
“Azərbaycanın Ermənistanın suveren ərazisinə qarşı hələ də davam edən bu yeni hücumu birbaşa olaraq ABŞ, Fransa və Aİ-nin vasitəçilik səylərinə ziyan vurur.
Bu, davam edən sülh danışıqları prosesinə birbaşa ziyan vurur və Azərbaycanın bu günə qədər üzərinə götürdüyü bütün öhdəlikləri pozur.
Bu təcavüz dərhal dayandırılmalı, atəşkəs rejiminin pozulmasına və bütün nəticələrə görə təcavüzkar məsuliyyətə cəlb edilməlidir”, - deyə Marukyan yazıb.