Almaniya Federativ Respublikası Bundestaqının xarici əlaqələr komitəsinin sədri Mixael Rot X mikrobloqunda (keçmiş Twitter) Dağlıq Qarabağın blokadasına toxunub. “Dağlıq Qarabağda real humanitar fəlakət və etnik təmizləmə təhlükəsi var. Beləliklə, Azərbaycan Cənubi Qafqazda Ermənistan-Azərbaycan sülh və təhlükəsizliyinin kövrək prosesini təhlükə altına qoyur. Aİ və Almaniya susmamalıdır. Azərbaycan blokadanı dərhal aradan qaldırmalıdır. Bizə Avropa Şurasının Dağlıq Qarabağda faktaraşdırıcı missiyası lazımdır. Aİ-nin Ermənistandakı müşahidə missiyası gücləndirilməlidir”.