Baş nazir Nikol Paşinyan Paris meri Ann Hidalqonun başçılıq etdiyi nümayəndə heyətinin üzvləri ilə işgüzar nahar edib.
Baş nazir Fransanın bir sıra regionlarının Dağlıq Qarabağ əhalisinə humanitar yardım göstərilməsi təşəbbüsünü yüksək qiymətləndirib və təşəkkür edib, DQ-ya yüklərin daşınmasının qarşısının alınmasının Azərbaycanın regionda humanitar böhranın dərinləşməsinə yönəlmiş siyasətini bir daha təsdiq etdiyini vurğulayıb.
Həmsöhbətlər Dağlıq Qarabağdakı vəziyyətdən çıxmaq üçün addımların atılmasının vacibliyini vurğulayıblar.
Ermənistan-Fransa münasibətləri və mövcud əməkdaşlıqla bağlı məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.