Dağlıq Qarabağın dövlət nazirinin müşaviri Artak Beqlaryan öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilib. Bu barədə Artak Beqlaryanın “Facebook” səhifəsində deyilir.
Artıq xəbər verdiyimiz kimi, sabah Dağlıq Qarabağın prezidenti Arayik Harutyunyan istefa verəcək.
Bundan əvvəl DQ prezidentinin fərmanı ilə DQ-nin dövlət naziri Qurgen Nersisyan tutduğu vəzifədən azad edilib.
Bu vəzifəyə Təhlükəsizlik Şurasının katibi Samvel Şahramanyan təyin edilib.