Parisin meri An İdalqo Ermənistanda çəkilmiş fotonu X səhifəsində paylaşıb. O bildirdi ki, hazırda Ermənistandadır.
“Parisin və digər icmaların seçilmiş rəsmiləri ilə Ermənistandayam. Artsaxın 120.000 ermənisi, o cümlədən 30.000 uşaq 9 ay ərzində təcrid olunmuş, aclıq və hər şeydən məhrum edilmişdir. Bu humanitar fəlakətə görə biz onlara humanitar yardım göndəririk”,- o yazıb.
Xatırladaq ki, Ermənistan hökuməti Dağlıq Qarabağa 361 ton humanitar yardım göndərib, lakin Azərbaycan onların Dağlıq Qarabağa girişini qadağan etdiyi üçün iyulun 26-dan yük maşınları karvanı Laçin dəhlizinin girişində dayanıb.
Avqustun 9-da Ermənistanın göndərdiyi yardımla yük maşınları karvanına Fransadan ilk humanitar yardım yük maşını qoşulub.