Hazırda Dağlıq Qarabağ əhalisinə humanitar yardımın çatdırılması məsələsi aktualdır. Bunu Dağlıq Qarabağdakı humanitar böhranın idarə olunması üzrə işçi qrupunun nümayəndəsi Vardan Sargsyan Kornidzor sərhəd bölgəsində keçirdiyi brifinq zamanı deyib.
O, həmçinin bildirib ki, bu gün Kornidzorun sərhəd bölgəsində humanitar məntəqə açılıb.
Vardan Sargsyan onu da bildirib ki, Paris merinin başçılıq etdiyi nümayəndə heyəti ilə Fransadan göndərilən humanitar yük artıq Kornidzor sərhəd bölgəsinə çatıb. Rusiya sülhməramlıları bundan xəbərdardırlar.