Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Türkiyənin xarici işlər naziri Hakan Fidan avqustun 31-də Moskvada danışıqlar aparacaq.
Bu barədə TASS diplomatik mənbəyə istinadən məlumat yayıb.
Qeyd edək ki, daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova iki ölkənin nazirləri arasında danışıqlar yaxın vaxtlarda Moskvada baş tutacağını açıqlamışdı.