ER-nin baş naziri Nikol Paşinyan ilə Fransa prezidenti Emanuel Makron arasında telefon danışığı olub.
Həmsöhbətlər bölgədəki mövcud vəziyyətə toxunublar.
Baş nazir Nikol Paşinyan Azərbaycanın Laçın dəhlizinin qeyri-qanuni şəkildə bağlanması nəticəsində Dağlıq Qarabağda humanitar böhranın gündən-günə dərinləşdiyini, onun aradan qaldırılması və həlli üçün addımların atılmasının vacibliyini vurğulayıb.
Həmsöhbətlər regionda sabitliyin və sülhün təmin edilməsi üçün ardıcıl səylərin vacibliyini vurğulayıblar.