2030-cu ilə qədər Gürcüstan Aİ-yə üzvlük meyarlarına Albaniya, Moldova, Bosniya və Herseqovina da daxil olmaqla Şərqi Avropa namizədlərindən daha çox uyğun olacaq.
Gürcüstanın hakim “Gürcü arzusu” partiyasının sədri İrakli Kobaxidze Avropa Şurasının rəhbəri Şarl Mişelin bəyanatını şərh edib.
Dünən Mişel bəyan edib ki, dövlət və hökumət başçıları Aİ-nin növbəti sammitində Ukrayna və Moldovanın üzvlük məsələsini müzakirə edəcəklər. O əlavə edib ki, Avropa İttifaqı 2030-cu ilə qədər genişlənməyə hazır olmalıdır.