ABŞ Senatının xarici əlaqələr komitəsinin sədri Robert Menendes Dağlıq Qarabağdakı vəziyyətə toxunub.
“Azərbaycanın Dağlıq Qarabağda erməniləri terror etmək, onlara humanitar yardım imkanlarından məhrum etmək və Beynəlxalq Qızıl Xaç Komitəsinin mühüm işinə xələl gətirmək məqsədi daşıyan biabırçı davranışını davam etdirməsindən dərin narahatam. Bu, qəbuledilməzdir”, - senator Twitter mikrobloqunda bildirib.