Avqustun 28-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Sloveniyanın baş nazirinin müavini və xarici işlər naziri Tanya Fayonla görüşüb. Görüş Sloveniyada keçirilən Bled strateji konfransı çərçivəsində baş tutub. Bu barədə ER XİN məlumat yayıb.
Ermənistan və Sloveniya xarici işlər nazirlərinin görüşünün gündəliyində regional təhlükəsizlik məsələləri də yer alıb.
Ararat Mirzoyan həmkarına Azərbaycan tərəfindən Laçın dəhlizinin qeyri-qanuni şəkildə bağlanması nəticəsində Dağlıq Qarabağda dərinləşən humanitar böhranı təqdim edib və qeyd edib ki, XXI əsrdə 120 min insanın faktiki mühasirədə saxlanması qəbuledilməzdir.
Nazir Mirzoyan BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral və 6 iyul tarixli hüquqi qüvvəyə malik qərarlarının icrasının, Laçın dəhlizinin blokadasının dərhal aradan qaldırılmasının və Dağlıq Qarabağda gözlənilən humanitar fəlakətin qarşısının alınmasının vacibliyini vurğulayıb.
Beynəlxalq tərəfdaşların, o cümlədən Aİ və onun üzv dövlətlərinin aydın addımlarının vacibliyi qeyd olunub.