ER təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan İran İslam Respublikasının ER-ə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mehdi Sobhaninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Təhsil və Mədəniyyət Nazirliyindən məlumat verilib.
İranın Ermənistana təyin olunmuş yeni səfir Mehdi Sobhani regional dillərin tədrisi çərçivəsində ER dövlət məktəblərində fars dilinin tədrisinin vacibliyini vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə olunub.