Yunanıstanın xarici işlər naziri Yorğos Gerapetritis sentyabrın 5-də işgüzar səfərlə Ankaraya yola düşəcək. Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, o, Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşəcək. "Nazirlər ikitərəfli münasibətləri və regional məsələləri müzakirə edəcəklər", - deyə nazirlikdən bildiriblər.
Ankara ilə Afina arasında əsas məsələlərdən biri də iki ölkənin dəniz sərhədlərinin müəyyənləşdirilməsidir.
İyulun ortalarında baş nazir Kiriakos Mitsotakis bildirmişdi ki, Yunanıstan və Türkiyə yaxın aylarda münasibətlərinin inkişafı üçün daha aydın yol xəritəsi hazırlamağa hazırdır.