Azərbaycan prezidenti İlham Əliyev avqustun 28-də Türkiyə Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Metin Gürakı qəbul edib.
Söhbət zamanı Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələrdə olduğu kimi, hərbi sahədə də uğurla inkişaf etdiyi vurğulanıb.
Azərbaycan və Türkiyənin hərbi qurumları arasında səmərəli iş birliyinin həyata keçirildiyi qeyd edilib.