Amerikalı senator Bil Kesidi Azərbaycanın Dağlıq Qarabağı blokadaya almasını insanlığa qarşı cinayət kimi qiymətləndirib.
“Dağlıq Qarabağda humanitar vəziyyət günü-gündən pisləşir. Azərbaycan blokadanı götürməsə, insanlar acından öləcək. Yeməkdən silah kimi istifadə etmək Roma Statutunun 7-ci maddəsinin pozulması, insanlığa qarşı cinayətdir”, - deyə Kasidi “Twitter” mikrobloqunda yazıb.