ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Ermənistana səfərindən əlavə, Azərbaycana da səfər etməyi planlaşdırırdı, lakin rəsmi Bakı bu səfərə razılıq vermədi.
Bu barədə Azərbaycanın APA agentliyi məlumat yayıb.
Qeyd olunur ki, Bakı belə bir səfərə ehtiyac görməyib və “bunu mənasız vaxt itkisi hesab edib”.
Avqustun 25-də Anjey Kaspşik Laçın dəhlizinin başlanğıc nöqtəsi olan Kornidzora gedərək vəziyyətlə tanış olub. Kaspşik Ermənistana ATƏT sədri vəzifəsini icra edən Buyar Osmaninin göstərişi ilə Laçın dəhlizindəki vəziyyətlə tanış olmaq və sonuncuya hesabat vermək üçün gəlib.