Fransa Azərbaycan tərəfindən blokada nəticəsində aclıqdan ölmək ərəfəsində olan Dağlıq Qarabağın 120 min sakininə yardım göstərmək üçün BMT Təhlükəsizlik Şurasına qətnamə layihəsi təqdim etməyə hazırlaşır. Bu barədə Fransanın “Le Figaro” nəşri məlumat yayıb.
Qeyd olunur ki, Paris və Fransanın əsas bölgələri gələn həftə Dağlıq Qarabağ əhalisinə çatdırmaq üçün Ermənistana humanitar yük göndərəcək.