Rusiya ardıcıl olaraq Cənubi Qafqazda iqtisadi, nəqliyyat və logistika əlaqələrinin açılmasının tərəfdarıdır. Bunu Rusiyanın baş naziri Mixail Mişustin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə deyib.
O, Ermənistan, Rusiya və Azərbaycan liderlərinin üçtərəfli bəyanatlarına uyğun olaraq yeni infrastruktur layihələrinin yaradılmasının regionun sabit iqtisadi inkişafını təmin edəcəyinə və insanlar arasında əlaqələri gücləndirəcəyinə inandığını bildirib.
Mişustin qeyd edib ki, Moskva Ermənistanla dostluq və müttəfiqlik münasibətlərini yüksək qiymətləndirir, çətin xarici iqtisadi vəziyyətə baxmayaraq, Rusiyanın Ermənistanla ticarət-iqtisadi əlaqələri güclənir, mal dövriyyəsi artır.