Azərbaycan tərəfindən Laçın dəhlizinin qeyri-qanuni blokadası davam edir və ER hökuməti və Fransa tərəfindən DQ üçün nəzərdə tutulan 400 tona yaxın humanitar yük Laçın dəhlizinin girişində qalmaqda davam edir.
Bunu ER Baş naziri Nikol Paşinyan avqustun 24-də hökumətin iclasında deyib.
“Eyni zamanda, Dağlıq Qarabağda humanitar vəziyyət gərgin olaraq qalır. Vəziyyətdə yeganə dəyişiklik odur ki, Qırmızı Xaç və Rusiyanın DQ-dakı sülhməramlı qüvvələri vasitəsilə müalicəyə ehtiyacı olan vətəndaşların və digər vətəndaşların Laçın dəhlizi ilə müəyyən hərəkəti başlayıb.
Bundan başqa, Laçın dəhlizinin birtərəfli qaydada açılması, yəni Dağlıq Qarabağdan çıxışa icazə verilməsi və ölkəyə girişin qarşısının alınması ilə bağlı planların hazırlandığı barədə etibarlı məlumat əldə etdik.
Xatırlatmaq istəyirəm ki, bu dəqiqə Dağlıq Qarabağa qayıda bilməyən xeyli sayda DQ sakinləri var",- deyə Baş nazir bildirib.
Bu kontekstdə Nikol Paşinyan xatırladıb ki, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 7-ci bəndində məcburi köçkünlər və qaçqınlar Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının idarəsinin nəzarəti altında Dağlıq Qarabağ bölgəsinə və ona bitişik rayonlara qayıdırlar, lakin bu müddəalara əməl edilməməsi və digər faktlar davamlı olaraq sübut edir ki, Azərbaycanın əsas məqsədi aclıq, hərbi əməliyyat və ya digər üsullarla etnik təmizləmə yolu ilə Dağlıq Qarabağ ermənilərini Dağlıq Qarabağdan çıxarmaqdır.