Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 4-də Rusiyaya səfər edəcək. Bu barədə TASS diplomatik mənbələrə əsasən məlumat yayıb.
Səfər çərçivəsində Soçidə Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında görüş olacaq. Tərəflərin xüsusilə “Taxıl sazişi”ni müzakirə edəcəkləri gözlənilir.