Azərbaycanın Laçın dəhlizini qanunsuz blokadaya alması nəticəsində minlərlə insan əziyyət çəkir. Bu barədə ABŞ konqresmeni Set Magaziner “Twitter” mikrobloqunda yazıb.
“Mən erməni xalqını dəstəkləyirəm və blokadaya son qoymağa çağıran və Azərbaycanı davamlı olaraq insan haqlarının pozulmasına görə qınayan layihənin həmmüəllifi olmuşam”, - deyə konqresmen bildirib.