“BBC-Azərbaycanca öz mənbələrinə istinadən xəbər verib ki, Qarabağ hakimiyyəti Ağdam yolunun açılmasına razılıq verməyə meyllidir və yaxın günlərdə bu məsələ ilə bağlı Bərdədə tərəflər arasında görüş keçiriləcək. Bu məlumat reallığa uyğundurmu?”.
Dağlıq Qarabağ Xarici İşlər Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildirilib:
“Xüsusi olaraq vurğulamaq istərdik ki, Artsax tərəfi Azərbaycan-Qarabağ münaqişəsinin danışıqlar yolu ilə hərtərəfli həlli mövqeyindən çıxış edib. Eyni zamanda, bu cür danışıqlar tərəflər arasında razılaşdırılmış beynəlxalq format çərçivəsində aparılmalıdır ki, bu, danışıqların beynəlxalq hüququn norma və tələblərinə uyğun aparılmasına zəmanət versin.
Artsax tərəfi dəfələrlə vasitəçilər vasitəsilə görüşlərlə bağlı təşəbbüslər irəli sürüb, lakin Azərbaycan tərəfi onları rədd edib. Əlavə edək ki, Azərbaycan ərazisində beynəlxalq vasitəçilərin iştirakı olmadan keçirilən istənilən görüş, xüsusən də BQXK-nın mandatında olan Vaqif Xaçatryanın oğurlanması faktını nəzərə alsaq, kifayət qədər böyük risklər daşıyır.
Ağdam yoluna gəlincə, Artsax Respublikası Prezidentinin mətbuat katibi həmin mövzuya reaksiya verib”.