Lüksemburqun xarici işlər naziri Jan Aselborn özünün “Twitter” mikrobloqunda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla telefon danışığı barədə yazıb.
“Bu gün mənim həmkarım, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə telefon danışığım oldu, söhbət zamanı Dağlıq Qarabağda pisləşən humanitar vəziyyəti müzakirə etdik. Lüksemburq Azərbaycanı Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarına uyğun olaraq Laçın dəhlizi ilə sərbəst hərəkət və təhlükəsizliyə zəmanət verməyə çağırır”, - deyə nazir Aselborn yazıb.