Çexiyanın xarici işlər naziri Yan Lipavski Twitter mikrobloqunda bildirdi ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla telefon danışığı aparıb.
“Laçin dəhlizinin blokadaya alınması nəticəsində yaranmış humanitar vəziyyətdən narahatlığımı bildirdim. Orada təhlükəsizlik və hərəkət azadlığı təmin edilməlidir. İştirak edən tərəflər arasında dialoq lazımdır”, - Lipavski bildirib.